Bildirişlər
1. Şeytan insanı sevdiyi şeyləri infaq etməkdən çəkindirir.
2. Sizin xəsisliyiniz fəqirləri günaha və çirkin işlərə sövq edir.
3. İnsan Allah və ya şeytan yolunu seçməkdə azaddır.
4. İnsanı infaqdan çəkindirən və gələcəkdəki ehtiyaclarla qorxudan, eləcə də günaha həvəsləndirən ətrafdakılar şeytandırlar.
5. Fəqirlik və günah arasında əlaqə var. Bir çox günahların səbəbi fəqirlik qorxusudur.
6. İnfaq edilməməsi və ya xoşagəlməz şeylərin infaq edilməsi çirkinlik və günah nümunələrindəndir.
7. İnfaq malı artırar və günahların bağışlanmasına səbəb olar.
8. İnfaqın maneələri və şeytani düşüncələrlə mübarizə aparın. Fəqirlik qorxusu zamanı Allahın fəzl və lütfünü yada salın.
9. Sizi dar baxışlılıq, qorxu və mənfi təsirlərə məruz qoyan düşüncələr və xəyallar şeytanidir. Sizi hərəkətə gətirən, yaxşı işlərə həvəsləndirən düşüncələr isə ilahidir.
269. ﴿يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبَابِ﴾
“(Allah hikmət və bəsirəti istədiyi kəsə verər. Kimə hikmət verilmişdirsə, həqiqətən, ona çoxlu xeyir verilmişdir. Düşüncə sahiblərindən savay kimsə (bu nöqtəni) dərk etməz.”
Dostları ilə paylaş: |