◘“Təfsiri-Safi”, “Təfsiri-Məcməul-bəyan”, “Təfsiri-Qurtubi”, “Təfsiri-Fəxr-Razi”də nəql olunur ki, bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Həzrət əlində olan dörd dirhəmin birini gündüz, birini gecə, üçüncüsünü məxfi, dördüncüsünü aşkar surətdə Allah yolunda infaq etmişdir.
Əlbəttə ki, ayədəki vəd belə hərəkət edən bütün insanlara şamildir. Belələri fəqirlik və yoxsulluqdan qorxmurlar. Çünki onlar Allahın vədinə iman gətirmiş, Ona təvəkkül etmişlər. Onlar Allahın razılığına və infaqın axirət təsirlərinə diqqətli olduqlarından infaq edərkən qəmlənməzlər.
◘Ayədə gecə infaqın gündüz infaqdan, gizli infaqın aşkar infaqdan öndə gəlməsinin səbəbi bu ola bilər ki, gecə yarı gizli edilən infaqın dəyəri daha böyükdür.1
◘Bu ayə əvvəlki on dörd ayənin yekunu kimi infaqdan danışır. Bu mövzuya Quranın heç bir yerində bu qədər əhatəli yanaşılmamışdır. İnfaqın müsbət təsirləri kimsəyə gizli deyil. Sərvətlərin tarazlaşması, təbəqə ixtilaflarının azalması, cəmiyyətdə məhəbbət yaranması, səxavət ruhunun çiçəklənməsi, ən üstünü isə Allahla yaxınlıq infaqın misilsiz səmərələrindəndir.
◘İnfaq təkcə var-dövlətə yox, həm də elm və hörmətə aiddir. İnfaq sözünün lüğətdə mənası “çökəyin doldurulması”, terminoloji mənası isə “iqtisadi boşluqların aradan qaldırılması”dır.
◘Bu nöqtəni xatırlamaq lazımdır ki, İslamın infaq məsələsinə diqqətində məqsədi dilənçiliyi genişləndirmək deyil. Bir çox rəvayətlərdə ehtiyacı olmadan əl açıb kömək istəmək məzəmmət olunmuşdur. Digər bir tərəfdən, infaqın ən üstün növü pul vermək əvəzinə insanı işlə təmin etməkdir.
Dostları ilə paylaş: |