Bildirişlər
1. İnfaq və səxavət ruhiyyəsinə malik olmaq mühümdür. Söhbət təsadüfi infaqlardan getmir.
2. İlahi mükafatın konkret bəyan olunması onun genişliyini göstərir.
3. İlahi vədlər yaxşı işlərdə insan üçün ən üstün təşviqedicidir.
4. Aramlıq və əmin-amanlıq infaqın bərəkətlərindəndir.
275. ﴿الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لاَ يَقُومُونَ إِلاَّ كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا فَمَن جَاءهُ مَوْعِظَةٌ مِّن رَّبِّهِ فَانتَهَىَ فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللّهِ وَمَنْ عَادَ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾
“Sələm yeyənlər (qiyamətdə qəbirlərdən) şeytanla təmas təsirindən pərişan və divanə olmuş kəs kimi qalxarlar. (Tarazlıqlarını saxlaya bilməyib, gah yıxılar, gah da durarlar.) Bunun səbəbi odur ki, dedilər: “Alış-veriş də sələm kimidir.” “Hansı ki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Hər kəs Allahından ona çatan moizəni eşidib (sələm yeməkdən) çəkinsə, keçmişdəki (sələm yolu ilə əldə etdiyi) mal onundur. Onun işi Allahın ixtiyarındadır. Amma yenidən (sələm yeməyə) qayıdanlar od əhli olacaqlar. Və onda əbədi qalarlar.”
Dostları ilə paylaş: |