Sələmin təsirləri:
◘Xeyirli bir iş görməmiş, istehsalda iştirak etməmiş artıq pul almaq düşmənçilik və daş ürəklilik yaranmasına səbəb olan zülm növüdür. Sələm ödəyən kəs artan borcların hesabından bəzən iflasa uğrayır və növbənöv alçaqlıqları qəbul etməyə məcbur olur.3
Bütün bu viranedici əsərlər nəzərə alınmaqla təkcə İslam şəriətində yox, əksər səmavi dinlərdə sələm haram buyurulmuşdur. Amma bəziləri müxtəlif bəhanələrlə sələmə don geydirmək istəyirlər. İşlərə şəri don geydirmək oyundan başqa bir şey deyil və Quran bu sayaq oyunları tənqid edir. Əvvəlki ayələrdə yəhudilərin şənbə günü balıq tutmaq üçün qurduğu hiylə haqqında danışıldı.
Müxtəlif cəmiyyətlərdə sələm iqtisadi sistemlərdə qəbul olunsa da, o öz dağıdıcı təsirlərini göstərir. Qərb iqtisadiyyatı sələm vasitəsi ilə yox, elm və sənət vasitəsi ilə tərəqqi etmişdir.
Dostları ilə paylaş: |