◘Əgər borc sənədi hazırlamaq üçün katib tapılmazsa, borcludan girov və ya vəsiqə almaq olar. Bunun üçün səfərdə olub-olmamağın fərqi yoxdur. Ayədəki ifadə tərzi göstərir ki, adətən, insan səfərdə olarkən çətinliklərlə rastlaşır. “Ölüm sorağınıza gəldiyi vaxt vəsiyyət edin” ifadəsini xatırlayın. Təbii ki, vəsiyyət ölüm məqamına xas deyil. Amma ölüm qabağı vaxt vəsiyyət üçün son fürsətdir.
Bildirişlər
1. Ələ götürmək və ixtiyarda olmaq vəsiqənin şərtidir. İmam Baqir (ə) buyurmuşdur: “Qəbzsiz girov qoyulmur.”1
2. Tələb müqabilində vəsiqə alın.
3. Hökmlərdə fərdlərin yeri müxtəlifdir. Etibarlı şəxsə girovsuz, etibarsız şəxsə isə girovla verilir.
4. Müamilələr zamanı etibarların itməsinə yol verməyin. Girov götürməyin fəlsəfəsi arxayınlıqdır. Əgər girov qoyulmadan arxayınlıq yaranırsa, girov qoymaq zəruri olmur.
5. Xalqın haqlarından xəbərdar insanlar məzlumlar qarşısında məsuliyyət daşıyır.
6. Haqqı demək zəruri olan yerdə susmaq haramdır.
7. Daxili çaşqınlıq zahiri çaşqınlığa səbəb olur. Günahkar qəlb şahidliyin gizlədilməsi səbəbidir.
8. Allahın hər işdən xəbərdar olması iman, təqva və həqiqətlərin bəyan səbəbidir.
284. ﴿لِّلَّهِ ما فِي السَّمَاواتِ وَمَا فِي الأَرْضِ وَإِن تُبْدُواْ مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللّهُ فَيَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾
“Göylərdə və yerdə olan hər şey yalnız Allahındır. Qəlbinizdə olanı aşkarlasanız da, gizlətsəniz də Allah onlara əsasən sizinlə hesab çəkər. İstədiyini bağışlayar və istədiyini cəzalandırar. Allah hər şeyə qadirdir.”
Dostları ilə paylaş: |