◘Qanun kitablarındakı maddələr xitabsız bəyan olunur. Amma Quran xalqın ruhu və mənəviyyatı ilə bağlı qanun kitabıdır. Ona görə də o öz göstərişlərini xitabla bəyan edir. Qurandakı xitablar müxtəlifdir. (Bəzən “Ey xalq”, bəzən “Ey iman gətirənlər” kimi müraciətlərlə rastlaşırıq.)
◘Dünyanın və insanın yaradılmasında məqsəd insanın təkamülüdür. Yəni, varlıq aləminin yaradılmasında məqsəd insanın bəhrələnməsidir.1 (Qeyd)İnsanın təkamülü onun ibadətindən asılıdır.2 (Qeyd)İbadətin əsəri təqvaya çatmaq3(Qeyd), təqvanın nəhayəti qurtuluşdur.4 (Qeyd)
Dostları ilə paylaş: |