Bildirişlər
1. Yol və məqsədin haqq olmasına yəqinlik rəhbərlik üsullarından biridir. (“Və lən təfəlu”)
2. İndi ki, acizlik və zəiflik hiss etdiniz, haqqa təslim olun. (“Və lən təfəlu fəttəqu”)
3. Çaşqın və kafir insan daşla bir sırada dayanır. (“Ənnasu vəl-hicarə”)
4. Günahkar insanın iç xəbislikləri qiyamət günü təcəssüm olub, oda bürünər. (“Vəquduhənnasu”)
5. Küfr və inadkarlıq Allahın xəlifəsi olmağa layiq insanı cəhənnəm yanacağına döndərər. (“Vəquduhənnasu”)
6. Cəhənnəm odundan qurtuluş Qurana iman və İslam peyğəmbərinin təsdiqi girovundadır. (“Fə in lən təfəlu və ləm təfəlu fəttəqunnar... Uiddət lil-kafirin”)
25. ﴿وَبَشِّرِ الَّذِين آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ كُلَّمَا رُزِقُواْ مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقاً قَالُواْ هَـذَا الَّذِي رُزِقْنَا مِن قَبْلُ وَأُتُواْ بِهِ مُتَشَابِهاً وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ﴾
“İman gətirib saleh işlər görənlərə müjdə ver ki, onlar üçün ayaqları altda çaylar axan bağlar var. Onlara onun meyvələrindən veriləndə deyərlər: “Bu həminkidir ki, əvvəl də bizim ruzimiz olub. Və o nemətlərin oxşarları onlara verilər. Onlar üçün behiştdə pak-pakizə zövcələr var və orada əbədi qalarlar.”
Dostları ilə paylaş: |