Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə66/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   62   63   64   65   66   67   68   69   ...   484

Nöqtələr


◘“Bəuz” sözü ağcaqanad mənasındadır. Bu sözün kökü “bəz”dir və ağcaqanad öz cüssəsinin kiçikliyinə görə belə adlandırılmışdır.

Quranın məsəlləri bütün xalq üçündür. Quranda hər növ məsəl çəkilmişdir. 1(Qeyd) Əlbəttə, bu məsəlləri əhəmiyyətsiz saymaq olmaz. Çünki onların əsasını alimlər dərk edirlər. Quranda oxuyuruq: “Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar.”1 (Qeyd) Məsəllərdə xatırlatma, anlatma, təlim, bəyan, həqiqətlərin açıqlanması gerçəkləşir. Tövrat və İncil kimi əvvəlki səmavi kitablarda da, həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinin (ə) buyruqlarında da məsəllərdən geniş şəkildə istifadə olunur. Tövratda “Süleymanın məsəlləri” adı altında hissə vardır.

◘Bəzi İslam müxalifləri Quranın məntiqi və çəkdiyi məsəllər qarşısında aciz qaldılar. Onlar Quranın məsəllərini bəhanə edərək dedilər: “Allahın şəni milçək və ya hörümçək kimi bir canlını məsəl çəkməkdən daha ucadır.” Onlar elə düşünürdülər ki, bu məsəllər Allahın uca məqamına uyğun deyil. Ona görə də Quran ayələrinə şübhə edirdilər. Allah bu ayəni göndərməklə onların bəhanələrinə son qoyur.


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin