Nöqtələr
◘Allahı tanımağın (allahşünaslığın) ən yaxşı yolu özümüz və aləmin yaranışı haqqında düşünməyimizdir. Həzrət İbrahim Allahın varlığını sübut edərkən buyurmuşdur: “Mənim Allahım bir kəsdir ki, dirildir və öldürür.”1 (Qeyd)Həyatın yaranması və ölüm haqqında düşüncələr həyatın başqa bir varlıq tərəfindən yaradıldığını onun nəzərinə çatdırır. Əgər həyatı insan özü yaratmış olsaydı, onu əbədi edərdi. İnsan düşünür: “Nə üçün nə vaxtsa olmayıb, sonra olub, daha sonra isə yenidən olmayacaq?” Allah buyurur: “İndi ki, cansız ikən cana gəldiyinizi gördünüz, bilin ki, qiyamət günü də dirilməyiniz eyni cürdür.”
◘Həyat məsələsinin mahiyyəti məchul olsa da, onun əsərləri insanın vücudunda görünməkdədir. Həyatın xaliqinin də mahiyyəti dərk olunası deyil. Amma Onun da əsərləri hər şeydə aşkardır.
Dostları ilə paylaş: |