Bildirişlər
1. Əql və fitrətdən sorğu təbliğ və hidayət üsullarından biridir. (“Kəyfə təkfurunə...”)
2. Həyat və ölüm haqqında düşüncə Allahın varlığının isbatının ən üstün dəlilidir. (“Kuntum əmvatən”) Özünütanıma allahşünaslığın müqəddiməsidir.
3. İlahi dünyagörüşündə, həyat və ölümdə məqsəd təkamül və kamal mənbəyinə dönüşdür. (“Summə iləyi turcəun”) Mövləvi öz “Məsnəvi”sinin üçüncü dəftərində deyir:
Torpaq ikən ölüb cücərti oldum,
Bir də ölüb heyvan yerində qaldım.
Heyvan ikən ölüb döndüm insana,
Ucalıq verirmiş ölüm bu cana.
Kaş bir daha dadım onun tamını,
Bilinməz məqamda alım kamımı.
29. ﴿هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾
“Yerdə olanları bütünlüklə sizin üçün yaradan, sonra səmanı yaratmağa başlayıb, oları yeddi səma şəklində möhkəmlədən Odur. O hər şeydən agahdır.”
Dostları ilə paylaş: |