Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu


Sual: Nə üçün Allah insanın yaranışında məsələni mələklərə açıqladı? Cavab



Yüklə 2,61 Mb.
səhifə75/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   71   72   73   74   75   76   77   78   ...   484
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: Nə üçün Allah insanın yaranışında məsələni mələklərə açıqladı?

Cavab: İnsan maddi quruluşu çox möhkəm yaradılmış xüsusi bir məxluqdur.3 (Qeyd)Ona ilahi ruh üfürülmüşdür. Allah onu yaratdıqdan sonra Özünə təbrik demişdir.4 (Qeyd)

Sual: Daim hazır, görən və qəyyum Allahın canişin və xəlifəyə nə ehtiyacı vardı?

Cavab: Əvvəla, insanın canişinliyi kiminsə ehtiyacını ödəmək üçün deyil. İnsanın canişinlik məqamı onun kəramət və fəzilət rütbəsidir. İkincisi, yaranış nizamı vasitələrə, səbəblərə əsaslanır. Allah bütün işləri müstəqil şəkildə yerinə yetirməyə qadir olsa da, işlərin icrası üçün vasitələr qərar vermişdir. Bu vasitələrdən bəzilərini qeyd edək:

–Əsl idarə edən Allah Özü olsa da, varlıq aləminə mələkləri idarə edən qərar vermişdir.1 (Qeyd)

–Şəfa Allahın əlində olsa da, Allah məsələn, balda şəfa qərar vermişdir.2

–Qeyb elmi Allaha məxsus olsa da, Allah bu elmdən bir hissəsini saleh bəndələri üçün açıqlamışdır.3

Demək, insan Allahın canişini ola bilər və bu canişinə itaət Allaha itaət sayılar.4 (Qeyd) Bu canişinə beyət Allaha beyət kimi sayılar.5 (Qeyd) Eləcə də, Allahın canişininə məhəbbət Allaha məhəbbət kimi qəbul edilər.6 (Qeyd)

◘Mövcudlar haqqında mühakimə üçün bütün xeyirli və zərərli mövcudları yanaşı qoymaq lazımdır. Bu mühakimədə tələsmək olmaz. Mələklərə elə gəlirdi ki, onların Allaha həmd-sənası insanın həmd-sənasından çoxdur. İblis də özü haqqında belə düşünür və deyirdi: “Mən oddanam, Adəm isə torpaqdan.” Bu iddia ilə insana səcdə etmək istəmirdi. Allah isə hər şeyi bildiyindən insanın daha üstün olduğunu buyururdu: (“İnni ələmu mala tələmun”)



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin