Nöqtələr
◘Allah-təala varlıq aləminin sirlərini, övliyalardan tutmuş cansız cisimlərədək hər şeyin adını Adəmə öyrətdi. “Məcməül-bəyan” təfsirində nəql olunmuş rəvayətdə İmam Sadiqin (ə) təbirincə, bütün torpaqlar, dağlar, dərələr, çay yataqları, hətta ayağımızın altındakı döşənəcək də Adəmə tanıtdırıldı.
Bildirişlər
1. Həqiqi müəllim Allahdır. Qələm, bəyan, müəllim və kitab təlim vasitələridir. (“Əlləmə”)
2. İnsan öz elmi ilə mələklərdən üstündür. (“Və əlləmə Adəmə...”)
3. İnsan bütün elmləri əxz etmək üçün istedad və ləyaqətə malikdir. (“Kulləha”)
4. Mələklərin ibadəti, Adəmin isə elmi daha çox idi. Xilafət məqamı ibadətdən çox elmlə bağlıdır. (“Əlləmə Adəməl əsma”)
5. Başqalarını məlumatlandırmaq üçün ən yaxşı yol imtahan keçirilməsi və fərdlərin ləyaqətlərinin nümayişə qoyulmasıdır. (“Əlləmə... summə ərəzəhum... fəqalə ənbiuni”)
6. Mələklər Allahın xəlifəliyi məqamına özlərini daha layiq sayırdılar. (“İn kuntum sadiqin”)
32. ﴿قَالُواْ سُبْحَانَكَ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا إِنَّكَ أَنتَ الْعَلِيمُ الْحَكِيمُ﴾
“Mələklər dedilər: “Pərvərdigara! Sən pak və münəzzəhsən. Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Həqiqətən, Sən həkim (hikmət sahibi) və bilənsən.”
Dostları ilə paylaş: |