◘İblis və mələklər hər biri bir cəhətdən özünü Adəmdən üstün bilirdilər. İblis xilqət baxımından, mələklər isə ibadət baxımından özlərini Adəmdən üstün sayırdılar. Amma İblis Allahın insana səcdə əmri qarşısında itaətsizlik göstərdi. Mələklər isə həqiqəti bildiklərindən üzr istəyib, cəhalətlərini etiraf etdilər. (“Sübhanəkə la ilmə ləna”)
Bildirişlər
1. Elmsiz suala görə üzr istəmək bir dəyərdir. (“Sübhanəkə”)
2. Üstünlük istəyi və özünü böyük bilmək tənzimlənməlidir. (“Nusəbbihu və nuqəddisu”) deyənlər “la ilmə ləna” söylədilər.)
3. Öz cəhalətimizi etiraf edək. (“La ilmə məna”) Mələklər ən ali ədəbi nümayişə qoydular. “Sübhanəkə”, “la ilmə ləna”, “əlləmtəna”, “innəkə”, “əntəl-əlimul-həkim” sözləri ədəb nişanəsidir.
4. Mələklərin elmi məhduddur. (“La ilmə ləna”)
5. Allahın elmi zatidir. (Sonradan əldə olunmuş deyil.) (“İnnəkə əntəl-əlim”) Başqalarının elmi isə “iktisabi”, yəni qazanılmış elmdir. (“Əlləmtəna”)
6. Aləmdəki işləri təsadüfi bilməyək. (“Əntəl-əlimul-həkim”)
33. ﴿قَالَ يَا آدَمُ أَنبِئْهُم بِأَسْمَآئِهِمْ فَلَمَّا أَنبَأَهُمْ بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ﴾
“Allah buyurdu: “Ey Adəm, mələklərə onların adlarını xəbər ver.” Adəm mələklərə onların adlarını bildirdikdə Allah buyurdu: “Sizə göylərin və yerin sirlərini, sizin aşkarda və gizlində etdiklərinizi bildiyimi söyləmədimmi?”
Dostları ilə paylaş: |