Nur təFSİRİ BİRİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 2,61 Mb.
səhifə90/484
tarix05.01.2022
ölçüsü2,61 Mb.
#111289
1   ...   86   87   88   89   90   91   92   93   ...   484

Bildirişlər


1. İlahi nemətlərin xatırlanması Allaha məhəbbət və itaət səbəbidir.

Allaha doğru dəvət edərkən Onun lütflərini xatırlayın ki, qəbul üçün zəmin yaransın.

2. Nemətləri yada salıb zikr etmək vacibdir.

3. Ata-babalara verilmiş nemətlər insanın özünə verilmiş nemətlər yerindədir. Nemətlər yəhudilərin babalarına peyğəmbər dövründə verilmiş olsa da, Allah onların nəslindən olanlara bunu unutmamağı tapşırır.

4. İlahi əhdlərə vəfa vacibdir.

5. Allahın lütfündən bəhrələnməyin şərti ilahi vəzifələr yolunda qədəm götürməkdir. Bəli, biz müti olduqda Allah da dualarımızı qəbul edəcək.

6. İlahi vəzifələrimizi yerinə yetirərkən heç bir gücdən qorxmayaq və başqalarının münasibətini əsas götürməyək.

Düşmənin mənfi təbliğatı, danlaqları, hədələri, qurğuları mühüm deyil. Allahın qəhri və qəzəbi hər şeydən mühümdür.


41. ﴿وَآمِنُواْ بِمَا أَنزَلْتُ مُصَدِّقاً لِّمَا مَعَكُمْ وَلاَ تَكُونُواْ أَوَّلَ كَافِرٍ بِهِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَناً قَلِيلاً وَإِيَّايَ فَاتَّقُونِ

(Quranda) nazil etdiyimə iman gətirin ki, sizinlə olanı (Tövratı) təsdiq edir. Ona ilkin kafir olmayın. Mənim ayələrimi heç nəyə satmayın və təkcə Məndən qorxun.”



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   484




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin