◘“Lubs” sözü “örtmək” və “ləbs” sözü “şəkk-şübhə” deməkdir.
◘İnsanın başqa varlıqlardan üstünlüyü onun xəbərdarlığı, mərifəti və agahlığıdır. Şəkk-şübhə, vəsvəsə yaratmaqla haqqı xalqdan gizlədənlər, əslində onların yeganə imtiyazını əlindən alırlar. Bu ən böyük zülmdür.
◘Həzrət Əli (ə) buyurur: “Əgər batil xalis şəkildə (olduğu kimi) bəyan olunsa, nigarançılıq yoxdur. (Bu halda xalq həqiqəti bilər və batili tərk edər.) Həqiqət də xalis şəkildə bəyan olunsa, müxalifin dili bağlanar. Amma təhlükə oradadır ki, haqq və batil bir-birinə qarışdırılıb və birindən bir hissəsi elə göstərilir ki, şeytanın öz havadarlarına, hakimiyyətinə zəmin yaransın.”1 (Qeyd)
Dostları ilə paylaş: |