Nöqtələr
●“Xərc” dedikdə məsrəf olunan şey nəzərdə tutulursa, “xərac” təyin olunmuş davamlı büdcədir.1 “Nəkəb” dedikdə yoldan çıxmaq, “nikbət” dedikdə bədbəxtlik nəzərdə tutulur.
●İlahi ruzinin bir sıra səciyyələri var: Minnətsizdir, daimidir, boldur, bərəkətlidir.
●Hədisdə bildirilir ki, peyğəmbər Əhli-beytini (ə) qoyub, başqalarının sorağınca gedənlər və onların rəhbərliyini qəbul edənlər doğru yoldan çıxmışlar.2
Bildirişlər
1. Dini təbliğat müqabilində xalqdan pul tələb etmək olmaz. Xalq özü verdikdə isə onu qəbul etməyin eybi yoxdur.
2. Xalq təbliğatçının pul təmənnasına həssas yanaşır.
3. Xalq bir dəfə xərc çəkirsə, Allah daim ruzi yetirir. (Xərc və xərac arasında olan fərqi unutmayaq.)
4. Ardıcıl şəkildə ruzi vermək Rəbbimizin şənindəndir.
5. Allah din təbliğatçılarının ruzisinə zamindir.
6. Ruzi vasitələri sizi aldatmasın.
7. Peyğəmbər insanları doğru yola səsləyir.
8. Məada iman doğru yolda möhkəmlik amili, imansızlıq azğınlıq səbəbidir.
Ayə 75:
﴿وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّ لَّلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ﴾
“Əgər onlara rəhm etsək, bədbəxtliklərini aradan qaldırsaq, (şükür etmək əvəzinə) tüğyanları üzərində kor-koranə israr edəsidirlər.”
Dostları ilə paylaş: |