Bildirişlər
1. Məlumat və tanışlıq yolları Allahın böyük nemətlərindəndir.
2. İnsan təkcə hiss üzvləri ilə məlumat əldə etmir. Bu işdə onun qəlbi də rol oynayır.
3. Nemət verən qarşısında şükür vacibdir. Nemətlərdən düzgün istifadə etməyən kəs nankordur və məzəmmətə layiqdir.
4. İlahi nemətlərin yada salınması tanışlıq və şükür üçün zəmindir.
5. İnsan məqsədli yaradılmışdır.
6. Düşüncə insanı tövhid əqidəsinə çatdırır.
Ayə 81:
﴿بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ﴾
“(Kafirlər hidayət olmadılar.) Onlar əvvəlkilərin danışdığı kimi danışdılar”.
Ayə 82:
﴿قَالُوا أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَئِنَّا لَمَبْعُوثُونَ﴾
“Dedilər: «Görən ölüb torpaq və sümük olduqdan sonra növbəti dəfə ayağa qaldırılacağıq?»”
Ayə 83.
﴿لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَذَا مِن قَبْلُ إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ﴾
“Əlbəttə, bizə və atalarımıza öncədən belə vəd olunmuşdu. Bu (sözlər və vədlər) əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”.
Dostları ilə paylaş: |