Bildirişlər
1. Bütün canlılar onun istəyi ilə yaradılmışdır.
2. İnsan mənəvi inkişafda olmasa, öz zahiri hərəkətləri ilə heyvandan fərqlənməz.
3. Bütün canlılar üçün ilkin maddə sudur. Sadə bir maddədən çeşidli mövcudlar yaratmaq isə Allahın qüdrətini göstərir.
Ayə 46:
﴿لَقَدْ أَنزَلْنَا آيَاتٍ مُّبَيِّنَاتٍ وَاللَّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾
“Həqiqətən, Biz aydınladan ayələr nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldər.”
Nöqtələr
●Bəziləri “səbil” və “təriq” sözlərini “sirat” sözündən fərqləndirərək bildirirlər ki, “sirat” dedikdə heç bir dolaması və çala-çökəyi olmayan hamar yol nəzərdə tutulur.1
Bildirişlər
1. Allah açıq-aydın ayələr göndərməklə höccəti tamamlamış, son xəbərdarlıq etmişdir.
2. Hidayət Allahın işidir, ilahi ayələr isə hidayət üçün vasitədir.
Ayə 47:
﴿وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُم مِّن بَعْدِ ذَلِكَ وَمَا أُوْلَئِكَ بِالْمُؤْمِنِينَ﴾
“Deyirlər: “Biz Allaha və Onun rəsuluna iman gətirdik, tabe olduq.” Amma onlardan bir qrupu bu etirafdan sonra arxa çevirər. Onlar həqiqi mömin deyildirlər.”
Dostları ilə paylaş: |