Bildirişlər
1. Qiyamətdə müşriklər və onların yalançı məbudları sorğuya çəkilərlər.
2. Qiyamətdə insanla yanaşı başqa mövcudlar da səhnəyə gətirilər (məsələn, bütlər).
3. Qiyamətdə hər şeyin şüuru olar və onlara müraciət edilər.
4. Bütün insanların fitrətində allahpərəstlik var. Azğınlıq isə kənar təsirdən yaranır.8
Ayə 18:
﴿قَالُوا سُبْحَانَكَ مَا كَانَ يَنبَغِي لَنَا أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَاء وَلَكِن مَّتَّعْتَهُمْ وَآبَاءهُمْ حَتَّى نَسُوا الذِّكْرَ وَكَانُوا قَوْمًا بُورًا﴾
“(Məbudlar) deyərlər: “Pərvərdigara! Sən pak-pakizəsən. Bizə yaraşmaz ki, Səndən qeyrisini hami seçək. Amma sən onlara və atalarına elə nemətlər verdin ki, sənin zikrini unutdular və fəsada uğramış bir qövm oldular.”
Dostları ilə paylaş: |