Nöqtələr
●Ötən ayədə Qiyamətə ümidi olmayan təkəbbür əhlindən danışıldı. Bu ayədə isə deyilir ki, mələklər nazil olacaq, amma vəhy əvəzinə ağır xəbərdarlıq gətirəcək. İmam Baqir (ə) buyurur ki, həmin gün onlar üçün ölüm günüdür, Allah ölüm mələyinə əmr edər ki, kafirlərin canını çıxarsın; onların canını çıxararlar və canları boğazlarına yetən vaxt mələklər onların üzlərinə və arxalarına vurarlar. Sonra həzrət hazırkı ayəni tilavət etdi.1
●“Hicr” dedikdə qayıdış mənası anlaşılır. Ağıl insanı yanlışlıqdan çəkindirdiyi üçün ona “hicr” deyilir.2
Xalqın get-gəlinin qarşısını almaq üçün daşlarla əhatəyə alınmış məntəqə “məhcur” adlanır.
●Allahı görmək mümkünsüzdür. Amma müəyyən şərtlərlə mələkləri görmək olar. Başqa ayələrdə oxuyuruq: “Qiyamətdə mələklər möminlərə salam verərlər.”3 Cəhənnəm əhli Cəhənnəmə məmur mələklərdən yardım diləyər.4
Dostları ilə paylaş: |