Bildirişlər
1. Mələklər xüsusi şəraitlərdə görünürlər.
2. Mələklərin gəlişini gözləyən təkəbbür əhli heç bir müjdə almaz.
Ayə 23:
﴿وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاء مَّنثُورًا﴾
“Biz onların hər bir əməlinin sorağına gedər və onu dağınıq toza döndərərik.”
Nöqtələr
●Narın torpağa “həba” deyilir. ”Mənsur” sözü dağılmış, yayılmış mənasını bildirir. Qurani-Kərim digər bir yerdə kafirlərin əməlini iti küləyin göyə sovurduğu külə bənzədir. 5
Başqa bir ayədə kafirlərin işi təşnə insanın su hesab etdiyi ilğıma oxşadılır. 6
●Rəvayətlərdə əməli puça çıxmış insanlara misal olaraq, haram tikədən çəkinməyib namaz qılan, oruc tutan insanlar göstərilir. Həzrət Əli (ə) və onun şiələrinə kin-küdurətlə yanaşanlar da bu qəbildəndirlər.7
Dostları ilə paylaş: |