Nöqtələr
●“Mərəcə” sözü qarışdırmaq, bir-birinə qovuşmaq üçün iki dəryanı rəvan etmək mənasını bildirir.1 “Əzb” dedikdə dadlı, “furat” dedikdə şirinə yaxın çox dadlı mənaları başa düşülür. “Milh” sözü şor mənasını bildirir. “Ucac” dedikdə acılığı yaxın çox şor su mənası anlaşılır.
Bildirişlər
1. Şirin və şor su yanaşı dayandığı halda onları qarışmağa qoymayan Allah icazə verərmi ki, haqq batilə, küfr imana qarışsın?!
2. Allahın iradəsi ilə hətta bir-birinə toxunan mayelər qarışmamış qalır.
Ayə 54:
﴿وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاء بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا وَكَانَ رَبُّكَ قَدِيرًا﴾
“İnsanı sudan yaradan, onun üçün yaxın (nəsəbi) və uzaq (səbəbi) qohumluq qərar verən Odur. (Nəsil bu iki yolla yayıldı.) Sənin Rəbbin qüdrət sahibidir.”
Dostları ilə paylaş: |