Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə334/522
tarix10.01.2022
ölçüsü1,19 Mb.
#108477
növüDərs
1   ...   330   331   332   333   334   335   336   337   ...   522

Nöqtələr


●Musa (ə) Firona dedi ki, mən atamın evində yaşamalı ikən atamı qul etdin və mən məcbur qalıb sənin evində yaşadım. Məgər bu, müqabilində şükür olası nemətdir, yoxsa əsarət?! Sənin sarayında rifah olsa da, Bəni-İsrailin düşdüyü çətinlik məni narahat edir.

●Qurandan məlum olur ki, Firon öz daxilində Allahı tanıyırdı.1 Zahirdə isə özünü xalqın Rəbbi sayırdı. Necə ki, bir rəis kimlərəsə hakim, eyni zamanda kiməsə tabedir.2


Bildirişlər


1. Təkəbbür insana çirkinliyi gözəl göstərir.

2. Təkəbbür və minnətə qəti cavab verin.

3. Təkəbbürlü şəxs bəzən taxt-tacını qorumaq üçün özünü nadanlığa vurur.

4. Təkəbbür əhli qürurla və qarşı tərəfi alçaldaraq sual verir. Firon “aləmlərin Rəbbi kimdir?” yox, “aləmlərin rəbbi nədir?” deyə soruşdu. (Ərəb dilində “ma” şəkilçisi cansız cisimdən danışıldıqda işlədilir.)



Ayə 24:


﴿قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا إن كُنتُم مُّوقِنِينَ﴾

(Musa) dedi: Əgər inansanız, (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir.”


Ayə 25:


﴿قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ﴾

(Firon) öz ətrafındakılara dedi: «Eşidirsinizmi, (o nə danışır)?»”


Ayə 26:


﴿قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ﴾

(Musa növbəti dəfə) dedi: “O sizin və ata-babalarınızın Rəbbidir.”




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin