Ayə 112:
﴿قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ﴾
“(Nuh) dedi: «Mən onların keçmişdə etdikləri əməllərdən xəbərsizəm.” (Yaxud onların keçmişi ilə işim yoxdur.)”
Ayə 113:
﴿إِنْ حِسَابُهُمْ إِلَّا عَلَى رَبِّي لَوْ تَشْعُرُونَ﴾
“Əgər anlasanız, onların hesabı yalnız Rəbbimə aiddir.”
Nöqtələr
●İslamda bizə zahir əsasında hərəkət etmək tapşırılıb. Əgər bir şəxs İslamı qəbul etdiyini dilə gətirsə, ondan iç məqsədi haqqında soruşmağa haqqımız yoxdur.2
●Digər bir ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, gecə-gündüz Allaha yaxınlıq üçün Onu çağıranları özündən uzaqlaşdırma. Qeyd olunur ki, onların hesabı Allaha aiddir, nə sən onlara məsulsan, nə də onlar sənə məsuldurlar; onları rədd etsən zalımlardansan.3
Dostları ilə paylaş: |