Bildirişlər
1. Bütün peyğəmbərlər həmfikir olmuş, bir söz deyib, bir cəhətə üz tutmuşlar.
Ayə 181-182:
﴿أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ﴾
“Ölçünü (peymanəni–ölçü qabının düzlüyünü) gözləyin, əskik satanlardan olmayın. Düz tərəzi ilə çəkin.”
Ayə 183:
﴿وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ﴾
“Xalqın malını əskik verməyin, yer üzündə fəsad və günah üçün çalışmayın.”
Nöqtələr
●“Kəyl” sözü mayelərə, “qistas” sözü çəkilərə, “əşyaəhum” sözü saylı şeylərə aiddir.
●Bu ayələrdə iki əmr və iki qadağa ilə rastlaşırıq. Onlar bir-birini tamamlayır.
●Rəvayətdə bildirilir ki, satdığı malın eybini müştəriyə deməyən kəs mələklər tərəfindən lənətlənir. Hiyləgərliklə insanları aldadan fərd xalqın ən pisidir.1
●Əskik satmaq böyük iqtisadi günahlardan biridir. Bu işə görə haram tikənin bütün bəlaları qarşıya çıxır. Əskik satmaq təkcə alış-verişə aid deyil. Tədrisdə, təbabətdə, nəzarətdə, mühəndislikdə və həyatın digər sahələrində başqalarının haqqını ödəməməklə uyğun zümrəyə qatılmaq olar.
Dostları ilə paylaş: |