Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə476/522
tarix10.01.2022
ölçüsü1,19 Mb.
#108477
növüDərs
1   ...   472   473   474   475   476   477   478   479   ...   522

Nöqtələr


●“Rəht dedikdə fərdləri arasında möhkəm rabitə olan dəstə nəzərdə tutulur.1

●“Təyr” sözündən olan “tətəyyur” sözü “quş” mənasını bildirir. Ərəblər səfərə çıxmazdan öncə fal açıb quş uçurardılar. Əgər quş sağ tərəfə uçsaydı, səfərə çıxardılar, sol tərəfə uçsaydı səfəri təxirə salardılar.2

●Quş vasitəsi ilə fala baxmaq İslamda şirk sayılır. Belə bir fal həqiqətdən uzaqlaşıb xurafat ardınca getməkdir.

●Quranda peyğəmbərlərin uğursuzluq gətirməsi ilə bağlı ittihamlar dəfələrlə qeyd olunmuşdur. Fironçular Musanın onlara bədbəxtlik gətirdiyini düşünürdülər.1 Həzrət İsa da bu sayaq ittiham olunurdu.2 Hazırkı ayədə isə eyni ittiham həzrət Salehə ünvanlanır.

●“Bəlkə də siz sınağa çəkilmiş bir qövmsünüz” cümləsi bir neçə cür mənalandırılır.

a) Siz hiyləgərlər tərəfindən aldadıldığınız üçün bu sayaq müqavimət göstərirsiniz. (“Fitnə” sözü yalan kimi mənalandırılsa.)

b) Siz acı hadisələrlə sınağa çəkilirsiniz (“Fitnə” sözü imtahan kimi mənalandırılsa.)

v) Siz inadkarlığınıza görə cəzalandırılırsınız. (“Fitnə” sözü əzab kimi mənalandırılsa.)



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   472   473   474   475   476   477   478   479   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin