Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə109/522
tarix10.01.2022
ölçüsü1,19 Mb.
#108477
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   522

Ayə 40, 41:


﴿قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاء فَبُعْدًا لِّلْقَوْمِ الظَّالِمِينَ﴾

(Allah) buyurdu: “Şübhəsiz, tezliklə peşman olacaqlar. Layiq olduqları öldürücü haray onları bürüdü. Onları su üzərindəki saman çöpü vəziyyətinə gətirdik. Sitəmkar qövm (Allahın rəhmətindən) uzaq olsun!”


Ayə 42:


﴿ثُمَّ أَنشَأْنَا مِن بَعْدِهِمْ قُرُونًا آخَرِينَ﴾

Onlardan sonra digər nəsillər yaratdıq.”



Bildirişlər


1. Peyğəmbərlərin güvənc yeri Allahdır.

2. Dua üçün ən yaxşı müraciət “Rəbb” müraciətidir.

3. Kafirlər və günahkarlar tezliklə peşman olacaqlar. (Vicdanlar bir gün oyanasıdır.)

4. Tarixin və keçmiş qövmlərin məhvinin bəyanı İslam Peyğəmbəri (s) üçün təsəlli, Məkkə kafirləri üçün xəbərdarlıq vasitəsidir.

5. Peyğəmbərlərin duası qəbuldur.

6. Allahın qəhr-qəzəbi Onun ədalətinə əsaslanır.

7. Peyğəmbərlərin müxalifləri üçün həm ruhi, həm fiziki, həm də Qiyamət əzabı nəzərdə tutulub.

8. Allahın qəhr-qəzəbi sarsıdıcıdır.

9. Sitəmkarları lənətləmək caizdir.

10. Bir ümmətin məhvindən sonra digərini yaratmaq Allahın sünnəsidir. (Tarixi təbəddülatlar Allahın hökmü altındadır.)


Ayə 43:


﴿مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ﴾

Hər hansı ümmət öz əcəlindən nə önə keçə bilər, nə də arxaya qala bilər.”




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin