Bildirişlər
1. Nübüvvət məqamı məqamların ən üstünüdür. (İsa nübüvvət məqamında olduğundan onun adı anasının adından öndə çəkilir.)
2. Mühüm və qəribə hadisələri Allahı tanımaq üçün vasitə, onun qeybi qüdrət nişanəsi sayın.
3. Su və əmin-amanlıq yaşayış məskəninin zəruri məziyyətlərindəndir.
Ayə 51:
﴿يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ﴾
“Ey peyğəmbərlər! Pak qidalardan yeyin, saleh işlər görün, həqiqətən, Mən sizin gördüyünüz işlərdən agaham.”
Nöqtələr
●Qurani-Kərimdə “kulu” (yeyin) ilə yanaşı digər göstərişlər də zikr olunmuşdur. Məsələn: «yeyin və Allaha şükür edin»4; «yeyin və yedirin»5; «yeyin və israf etməyin»6.
●Həzrət Peyğəmbər (s) uyğun ayə ilə bağlı buyurmuşdur: “Həzrət İsa anası Məryəmin toxuduğu ipin qazancı ilə dolanırdı.”7
●İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: “Pak qida dedikdə halal qida nəzərdə tutulur.”8
Hədisdə oxuyuruq: “Allah bir tikə haram yeyənin ibadətini qəbul etməz.”1
Dostları ilə paylaş: |