Nöqtələr
●“Zubur” dedikdə heyvanın ayrıca yığılmış tükü nəzərdə tutulur. Sonralar bu söz ayrıca toplanmış hər cüzə aid edilmişdir.2
Bildirişlər
1. Dini və ilahi dünya görüşünə əsasən əslində bütün ümmətlər vahid bir ümmətdir. Çünki:
–Bütün ilahi peyğəmbərlərin dəvət üsulu eynidir;
–İnsanların fitri, ruhani və fiziki ehtiyacları eynidir;
–Hamının Yaradanı və Rəbbi eynidir.
2. Təqva və haramlardan uzaqlıq Rəblik məqamına layiqdir.
3. Təfriqə tarixi keçmişi olan böyük bəladır.
4. Təfriqə yaratmaq təqvasızlıqdır.
5. Təfriqənin əsası insanlardakı eqoistlikdir.
Ayə 54:
﴿فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّى حِينٍ﴾
“Onları bir müddət (ölüm və əzab vaxtı çatanadək) cəhalət və qəflət içində burax.”
Ayə 55:
﴿أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ﴾
“Yoxsa güman edirlər ki, onlara mal və övlad verməyimizin səbəbi...”
Ayə 56:
﴿نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ﴾
“Onlara xeyir verməyə tələsməyimizdir? (Qətiyyən belə deyil,) onlar anlamırlar (ki, mal və övlad imtahan vasitəsidir.)”
Dostları ilə paylaş: |