Nöqtələr
●56-cı ayədə bəyan olundu ki, bəziləri mal və övladı xoşbəxtlik səbəbi, xeyir nişanəsi sayır. Amma bu ayədə buyurulur ki, xeyir onların düşündüyü yox, elm, iman, ixlas, qorxu və xəşyətlə müşayiət olunan infaqdır.
Bildirişlər
1. Allah və Qiyamət qorxusu insanı xeyir işlərə tələsdirən səbəbdir.
2. Daim xeyir işlərə tələsmək gerçək imanın nişanəsidir.
3. Yaxşı işdə tələsmək bir dəyərdir.
Ayə 62:
﴿وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَلَدَيْنَا كِتَابٌ يَنطِقُ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ﴾
“Biz kimsənin öhdəsinə gücü çatmayanı vəzifə qoymarıq. Bizim yanımızda haqqı danışan kitab var. Onlara heç bir sitəm qılınmaz.”
Dostları ilə paylaş: |