Nöqtələr
●“Rəbb” dedikdə öz mülkünü qoruyub idarə edən malik nəzərdə tutulur.
●“Ərş” yeddi qat göydən fərqlənir və Allahın müdiriyyət mərkəzidir.
Bildirişlər
1. Cəhalət və qəflət şirkin köküdür.
2. Sualın bəyan forması təbliğ üsullarından biridir.
3. İnsanı Allahşünas edən elm faydalıdır.
4. Hər bir agah insan bilir ki, yer və yer üzündə olan hər bir kəs sahibsiz və hesabsız deyil.
5. Vicdan ən üstün hakimdir.
6. Xalqın öz danışıq və cavablarından moizə və dəlil üçün istifadə edin.
7. Yeddi qat göy və bütün varlıq aləmi Allahın tədbirinə tabedir.
Ayə 88:
﴿قُلْ مَن بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ﴾
“De ki, əgər bilirsinizsə deyin, bütün mövcudların hökmü kimin əlindədir? O (varlıq) ki, sığınacaq verir, amma qarşısında kimsənin sığınacağı yoxdur.”
Ayə 89:
﴿سَيَقُولُونَ لِلَّهِ قُلْ فَأَنَّى تُسْحَرُونَ﴾
“Tezliklə deyəcəklər ki, (hər şeyin hökmü) Ona məxsusdur. De ki, bəs necə (deyirsiniz ki, peyğəmbər sizi sehirləyib) ona sehirlənmisiniz?”
Ayə 90:
﴿بَلْ أَتَيْنَاهُم بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ﴾
“(Biz onları sehirləmirik,) əksinə onlar üçün haqqı gətirdik. Şübhəsiz, onlar yalan danışırlar”.
Dostları ilə paylaş: |