Nöqtələr
●Qurani-Kərimin “Yasin” surəsinin 82, 83-cü ayələrində buyurulur: “Allah bir şeyi istədiyi vaxt əmr edir və o, yaranır. Bütün şeylərin hökmü əlində olan Allah pak-pakizədir”.
●“Yucir” və “yucar” sözləri qonşuluq mənasını bildirən “civar” kökündəndir. Qonşunu başqalarının sui-qəsdindən qorumaq qonşuluq haqqı olduğundan bu söz sığınacaq və himayə verən mənasında işlədilmişdir.”1
●Ayədə “həqq” dedikdə ya məad, ya Quran, ya da tövhid məntiqi nəzərdə tutulur.
Bildirişlər
1. Müxaliflərlə danışıq qaydasını Qurandan öyrənək.
2. İnsanların təkamül və hidayət yolunda onların sağlam fitrət və düzgün inanclarından istifadə edin.
3. Allahın malikiyyəti geniş və hərtərəflidir.
4. Allahın himayəsi daimi, mütləq və özünəməxsusdur.
5. Allahın qəhr-qəzəbi qarşısında heç bir sığınacaq yoxdur.
6. Allahın mütləq hakimiyyətini yalnız alimlər dərk edir.
7. Başqalarının azğın əqidəsi qarşısında aydın mövqe tutun.
8. Allahın işləri haqdır və hikmətə əsaslanır.
Ayə 91:
﴿مَا اتَّخَذَ اللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَهٍ إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ﴾
“Allah Özünə heç bir övlad götürməmişdir. Onunla heç bir məbud yoxdur. (Başqa bir məbud olsaydı) hökmən hər bir məbud öz yaratdığına doğru gedərdi və şübhəsiz, məbudların bəzisi digərlərindən üstün olmağa çalışardı. (Beləcə, varlıq aləmi qarışardı.) Allah (müşriklərin) ona aid etdikləri sifətlərdən pakdır.”
Dostları ilə paylaş: |