Ayə 97, 98:
﴿وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ﴾
“De ki, Pərvərdigara, şeytanların vəsvəsələrindən Sənə pənah aparıram; onların mənim yanımda hazır olmasından Sənə pənah aparıram, ya Rəbb!”
Bildirişlər
1. Həzrət Peyğəmbər (s) Allahın tərbiyəsi altındadır və ona əmr olunmuşdur ki, düşmənlərin pisliklərinə qarşı ən yaxşı şəkildə rəftar etsin.
2. Pisliyə pisliklə cavab vermək olar. Amma bu üsul rəhbərlərə layiq deyil.
3. Allahın elminə iman səbirli və həlim olmağımıza gətirib çıxarır.
4. Hamilik Allahın rübubiyyət şənindəndir.
5. Peyğəmbərlər də Allaha pənah aparmalıdırlar.
6. İnsan Allaha ardıcıl və ciddi şəkildə sığınmalıdır.
7. Yeganə etibarlı sığınacaq Allahdır.
8. Şeytanın nüfuz yollarından biri bizim başqaları ilə pis rəftarımızı qabartmaqdır.
9. Şeytanlar çoxsaylıdır, onların vəsvəsələri müxtəlifdir.
10. Şeytanlar peyğəmbərlərin də imanına tamah salır.
11. Ən böyük vəsvəsə şeytanların hüzurudur.
12. Cəmiyyətdə günahkar və azğın fərdlərin mövcudluğu başqalarının fəsada sürüklənməsi üçün müqəddimədir.
Ayə 99:
﴿حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ﴾
“(Onlar öz yersiz vəsflərini və çirkin rəftarlarını davam etdirirlər,) o zamana qədər ki, ölüm onlardan birinin sorağına gəlsin. Onda deyərlər: Pərvərdigara, bizi geri döndər.”
Dostları ilə paylaş: |