Ayə 115:
﴿أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ﴾
“Yoxsa güman edirsiniz ki, sizi boş yerə yaratmışıq və Bizə doğru qaytarılmayacaqsınız?”
Nöqtələr
●Quran insanın yaranış məqsədlərini bəyan etmişdir. O cümlədən:
1. İbadət–“Mən cin və insi yalnız ibadət üçün xəlq etdim.”1
2. İmtahan–“(Allah) ölüm və həyatı xəlq etdi ki, sizi sınağa çəksin, hansınızın yaxşı əməl etdiyi bilinsin.”2
3. İlahi rəhmətin əldə olunması –“Rəbbinin rəhm etdiyi kəs istisnadır və (Allah) bundan (mərhəmətdən) ötəri xalqı yaratdı.”3
●Həzrət Əli (ə) buyurmuşdur: “Allah rəhm etsin öz qədrini bilən kəsə.”4 İnsan haradan gəldiyini, harada olduğunu və haraya gedəcəyini bilməlidir.
●İmam Hüseyn (ə) buyurmuşdur: “Allah-təala bəndələrini yalnız Onu tanımaq üçün yaratmışdır. Belə ki, Onu tanıdıqdan sonra ibadət edərlər, Allaha pərəstiş və ibadətlə Ondan qeyrilərinə pərəstişdən ehtiyacsız olarlar.”5
●Həzrət Əli (ə) buyurmuşdur: “Dünya özü üçün yox, bir başqası üçün yaradılmışdır. (Dünya axirətə qovuşmaq üçün vasitədir.)
Bəli, bütün məqsədləri dünyaya yönələn insanlar ona bağlanırlar.6
Misilsiz sərvətdir ömrün hər anı,
Sovrulsa havaya, yandırar canı.
Dostları ilə paylaş: |