Nöqtələr
●“İstinas” dedikdə icazə istəmək, giriş üçün bildiriş nəzərdə tutulur. Rəvayətlərə əsasən, insan Allah zikri, ayaq səsi, salamla xəbərdarlıq edə bilər.1
●Bir şəxs Peyğəmbərdən (s) soruşdu: “Anamın otağına daxil olmaq üçün icazə istəyimmi?” Həzrət buyurdu: “Bəli.” Həmin şəxs dedi: “Evdə ondan başqa kimsə yoxdur, yalnız mən xidmət göstərirəm! Həzrət buyurdu: “Ananı çılpaq görmək sənə xoş gələrmi?” Həmin şəxs bildirdi: “Xeyr.” Həzrət buyurdu: “Belə isə, icazə al.”
●Digər bir rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) ailə başçısı kənarda olan qadınların otağına daxil olmağı kişilərə qadağan etmişdir.2
●Rəvayətdə oxuyuruq: “Ev əhlinə hazırlıq imkanı vermək üçün üç dəfə icazə almaq lazımdır. Əlbəttə, söhbət başqalarının evindən gedir. İnsan öz evinə qapını döyüb daxil ola bilər. Boğulanı, məzlumu, od içində olanı xilas etmək üçün icazə almaq lazım deyil.3
●Həzrət Peyğəmbər (s) bir evə daxil olmaq istəyərkən icazə üçün qapı ilə üzbəüz durmaz, qapı açılarkən evin içini görməmək məqsədi ilə onun sağında və ya solunda dayanardı.4
Dostları ilə paylaş: |