Bildirişlər
1. İman əhli bütün işlərdə ilahi vəhyə əsaslanmalıdır.
2. Ev əhlinin əmin-amanlığı və azadlığı qorunmalıdır. Başqalarının evinə xəbərdarlıqsız daxil olmaq haramdır.
3. Böhtan şəraitindən uzaq olun.
4. Qapının açıq olması giriş üçün icazə sayılmır.
5. İnsanların mal-mülkü möhtərəmdir.
6. Öncə mehriban rəftar etmək lazımdır.
7. İffət pərdəsinin yırtılma ehtimalı olan işlərdən uzaq olun.
8. Başqalarının mənzilinə məcburiyyət və sərtliklə daxil olmaq qadağandır.
9. Qapıya çıxan kəs yaşca kiçik olsa da, daxil olan kəs salam verməlidir.
10. Başqalarının hüquqlarına riayət edilməsi xoşbəxtliyin əsasını təşkil edir.
11. Peyğəmbər göstərişlərini unutmayaq.
12. Dini ədəb və əxlaq oyaq fitrətin nidasıdır.
Ayə 28:
﴿فَإِن لَّمْ تَجِدُوا فِيهَا أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّى يُؤْذَنَ لَكُمْ وَإِن قِيلَ لَكُمُ ارْجِعُوا فَارْجِعُوا هُوَ أَزْكَى لَكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ﴾
“Bir şəxsi evdə tapmadıqda sizə giriş icazəsi verilənədək oraya daxil olmayın. Sizə “qayıdın” deyilsə, qayıdın (və narahat olmayın). Bu, sizin pak qalmağınız üçün daha yaxşıdır və Allah sizin əməlinizdən agahdır.”
Dostları ilə paylaş: |