Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə195/522
tarix10.01.2022
ölçüsü1,19 Mb.
#108477
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   522

Bildirişlər


1. İslam cəmiyyəti subay insanları evləndirməyə məsuldur.

2. Evlənmə İslamda müqəddəs və təkid olunmuş işdir.

3. Oğlan tərəfinin elçilik etməsi zəruri deyil. İzdivac tərəflərindən hər biri bu işdə qabağa düşə bilər.

4. Haram baxışa qadağa qoymaq bəs etmir, izdivac problemi həll olunmalıdır.

5. Dul qadınları ərə verin.

6. Evlənən tərəflərin səlahiyyətli olması şərtdir. Yəni tərəflər müştərək ailə həyatını idarə etmək səlahiyyətinə malik olmalıdır.

7. Cəmiyyət saleh fərdləri evləndirmək istiqamətində addım atarsa, bu iş qeyri salehləri salehlər cərgəsinə qatılmağa təşviq edər. (Beləcə, səlahiyyət dedikdə əxlaq və əqidə səlahiyyəti nəzərdə tutulur.

8. Cinsi ehtiyacın təminində insanlar arasında fərq yoxdur. (Qadın, kişi qulam və kəniz arasında fərq qoyulmur.)

9. Yoxsulluq izdivaca mane olmamalıdır.

10. Yoxsul olduğunuz vaxt Allaha təvəkkül edib ailə həyatı qurun.

11. Yoxsulluq ər və arvad üçün nöqsan eyb deyil.

12. Allah evlənənlərin ehtiyacını təmin edəcəyini vəd etmişdir. Evlənmə vüsət və bərəkət vasitəsidir.

13. İlahi vədlərin gerçəkləşməsi Allahın sonsuz fəzlindən qaynaqlanır.

14. Allahın Öz bəndələrinə nəsib etdiyi inkişaf və vüsət Onun elm və hikmətinə əsaslanır.


Ayə 33:


﴿وَلْيَسْتَعْفِفِ الَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّى يُغْنِيَهُمُ اللَّهُ مِن فَضْلِهِ وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا وَآتُوهُم مِّن مَّالِ اللَّهِ الَّذِي آتَاكُمْ وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاء إِنْ أَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا وَمَن يُكْرِههُّنَّ فَإِنَّ اللَّهَ مِن بَعْدِ إِكْرَاهِهِنَّ غَفُورٌ رَّحِيمٌ﴾

Allah Öz kərəmi ilə evlənməyə yol tapmayanların ehtiyacını ödəyənədək onlar öz iffətlərini qorumalıdırlar. Qulam və kənizlərinizdən özünü satın alıb azad etmək istəyən olsa, onlardan layiq bildiklərinizin istəyini qəbul edin. (Onların azadlığına yardım etmək üçün) Allahın sizə verdiyindən onlara verin. İsmətini qorumaq istəyən kənizlərinizi dünya malına xatir zinaya məcbur etməyin. Kim onları zinaya məcbur edərsə, əlbəttə, Allah bu işə məcbur olan kənizlər üçün bağışlayan və mehribandır”.




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin