Nöqtələr
●“Tədmir” dedikdə dəhşətli həlakət mənası anlaşılır.1
●Quranın təbliğ və tərbiyə üsulları fərqlidir. Bir yerdə buyurulur ki, azğınların sorağınca getmək lazımdır. Digər bir yerdə bəyan olunur ki, göstəriş verilsin və onlar qürurlarını sındıraraq özləri gəlsinlər. Məsələn, həzrət Süleyman Səba padşahına buyurur: “Tam təslim olaraq hüzurumuza gəl.”2
Bildirişlər
1. Nə qədər ki, səmavi kitabla ünsiyyət qurmamışıq, təbliğat haqqımız yoxdur.
2. Peyğəmbərlər üçün canişinləri də Allah təyin etməlidir.
3. Çətin vəzifələrin icrasında vəzir və həmkara ehtiyac var.
4. Bəzi dövrlərdə bir neçə peyğəmbər göndərilmişsə də, onlardan yalnız biri rəhbər olmuşdur.
5. Bəzən birlikdə təbliğ üçün qrup göndərilməlidir.
6. Azğınlara höccəti tamamlamaq, xəbərdarlığı başa çatdırmaq lazımdır.
7. Xalqın inkar və inadkarlığı ilahi lütfə mane olmur.
8. Peyğəmbərin təkzibi Allahın təkzibidir.
9. Haqqı təkzib etməyin sonu fəlakətdir.
10. Tarixin, bir vaxtkı kafirlərin taleyinin və onların məhvinin bəyanı bu günkü kafirlərə xəbərdarlıq və onların pisliyinə qadağa üçün zəmindir.
Ayə 37:
﴿وَقَوْمَ نُوحٍ لَّمَّا كَذَّبُوا الرُّسُلَ أَغْرَقْنَاهُمْ وَجَعَلْنَاهُمْ لِلنَّاسِ آيَةً وَأَعْتَدْنَا لِلظَّالِمِينَ عَذَابًا أَلِيمًا﴾
“Peyğəmbərləri təkzib etmiş Nuh qövmünü qərq etdik, onları xalq üçün ibrət qərar verdik. Zalımlar üçün dərdli əzab hazırlamışıq.”
Dostları ilə paylaş: |