Nöqtələr
●Quranda İslam Peyğəmbərinin (s) zəhmətlərinə veriləcək mükafat haqqında bir neçə təbir var. “Nüdbə” duasında bu mövzu ilə bağlı bütün ayələr zikr olunmuşdur:
–“Mənim mükafatım Allahın öhdəsinədir.”1
–“Mənim mükafatım Əhli-beytimə məhəbbətdir.”2
–“Mənim mükafatım sizin Allah yolunu tutmağınızdır.”3
–“İstədiyim mükafat sizin öz xeyrinizədir.”4 Məsum rəhbərlərin məhəbbəti Allah yolunu tutmağın rəmzidir. Xalqın bu yolu seçməsi onun öz xeyrinədir. Demək, peyğəmbər üçün heç bir maddi mənafe yoxdur.
Bildirişlər
1. Öz təmənnasızlığını xalqa elan edən rəhbər müvəffəqdir.
2. İnsan heç bir maddi təmənnası və ad-san istəyi olmadıqda ixlas əldə edir.
3. İnsan əqidə ə yol seçimində azaddır.
4. Peyğəmbərlərin muzdu xalqın Allaha bəndəlik etməsidir.
Ayə 58:
﴿وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ وَكَفَى بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا﴾
“Həmişəlik ölməzə (Allaha) təvəkkül et və Ona sitayişlə təsbih de. Yetər ki, O, bəndələrinin günahlarından tam xəbərdardır.”
Dostları ilə paylaş: |