Nöqtələr
●Ayədə “ma” sözü iki dəfə işlədilmişdir və hər iki halda cansız cisim nəzərdə tutulmuşdur. Kafirlər bu təbiri işlətməklə Allahın müqəddəs zatını alçaltmaq istəyirdilər. Onlar “Rəhman kimdir?” əvəzinə “Rəhman nədir?” deyə soruşurdular.
●“Rəhman” sözü daimi, sonsuz rəhmət rəmzidir və Allaha məxsus sifətlərdəndir.1
Bildirişlər
1. Səcdə allahpərəstliyin izharı, tövhid dinlərinin ruhudur.
2. Yaxşılığa əmr edərkən (əmr be məruf) dəlil göstərin. (Səcdənin dəlili Allahın geniş rəhmətidir.)
3. Küfr və inadkarlıq səbəbindən nəinki peyğəmbərin dəvəti təsirsiz qalır, hətta bu dəvət kafirlərin haqq sözə qarşı nifrətlərini artırır.
Dostları ilə paylaş: |