Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə306/522
tarix10.01.2022
ölçüsü1,19 Mb.
#108477
növüDərs
1   ...   302   303   304   305   306   307   308   309   ...   522

Nöqtələr


●Bu ayədə Allah bəndələrinin on iki sifəti bəyan olunur. Onlardan bəzisi etiqadi, bəzisi ictimai, bəzisi isə əxlaqidir.

●Ola bilsin ki, “məşy”–«yer üzündə aram hərəkət» dedikdə, təkcə yolda yerimək qaydası nəzərdə tutulmamışdır. Uyğun söz orta (nə ifrat, nə də təfrit) həyat tərzinə işarə ola bilər.

●“Həvn” dedikdə həm təvazö və mülayimlik, həm də qəlb aramlığı və vüqar mənaları nəzərdə tutulur.

İmam Sadiq (ə) buyurur: “Həvnən” dedikdə Allahın yaratdığı fitrət əsasında, həmin ruhiyyəyə uyğun yaşayış nəzərdə tutulur. Yəni Allah bəndələri özlərini sıxıntıya, əzab-əziyyətə sürükləmirlər.”1

●Burada “səlam” sözü nadanlığa qarşı mülayim rəftarı göstərir. Həzrət İbrahim (ə) buyurdu: “Xudahafiz, tezliklə Allah dərgahından sənin üçün bağışlanma diləyəcəyəm.”2

“Bəytutə” sözü bütün gecəni və ya onun bir hissəsini oyaq qalmaq mənasını bildirir. Necə ki, həcc mərasimi əməllərindən biri ziyarətçilərin zilhiccə ayının 11-ci və 12-ci gecəsi Minada qalmasıdır. Fəqihlər həmin yerdə gecənin yarısını oyaq qalmağı bəytutə miqdarı saymışlar.

Həzrət Əli (ə) pak və təqvalı insanları vəsf edərkən buyurur: “Onlar gecələr qiyam (farağat) halında oyaq qalırlar. Onlar gecənin abidləri, gündüzün şirləridirlər.”3


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin