Nöqtələr
●“Qəvam” sözü orta hədd, “qivam” sözü qiyam vasitəsi mənasını bildirir.
●İmam Rza (ə) infaq üçün orta həddi “Bəqərə” surəsinin 236-cı ayəsində göstərildiyi kimi müəyyənləşdirir. Yəni varlı öz şəninə uyğun, yoxsul öz gücü hədində - ürfə uyğun - infaq etməlidir.1
●İmam Sadiq (ə) buyurur: “Batil yolda az da olsa bəxşiş israfdır. Haqq yolda qıymamazlıq isə xəsislikdir.”2
●Quranın digər bir ayəsində oxuyuruq: “Nə əlini boynunda zəncirləyib xəsis ol, nə də əlini tam açıb israf et.”3
●İmam Sadiq (ə) yerdən bir miqdar çınqıl götürüb əlində sıxdı və buyurdu: “Bu, iqtardır (xəsislikdir).” Sonra o biri əlin çınqılla doldurub elə açdı ki, bütün çınqıllar yerə töküldü. Sonra həzrət buyurdu: “Bu, israfdır.” Üçüncü dəfə ovcunu doldurub azca açdı. Belə ki, çınqıldan bir qədər yerə töküldü, bir qədəri həzrətin əlində qaldı. Sonra həzrət buyurdu: “Bu, qəvam, orta həddir.”4
Dostları ilə paylaş: |