Nöqtələr
●“İsm” (“اثم”) sözü “günah”, “əsam” sözü “günahın cəzası” mənasını bildirir.
●Bu ayələrdə Allahın xüsusi bəndələrinin müsbət işləri ilə yanaşı, onların daim uzaq qaldıqları mənfi işlər də zikr olunmuşdur.
●Bu ayədə rəvayətlərdə ən böyük günahlardan sayılan şirk, qətl və zinadan danışılır.1
●İnsanı öldürmək böyük günahlardandır. Amma “illa bil-həqq” təbirindən aydın olur ki, zəruri hallarda qətl haqdır. O cümlədən: 1-qatildən qisas, 2-məhrəmlərlə zina, 3-müsəlman qadınla kafirin zinası, 4-qadını məcbur edən zinakar, 5-zövcəsi olan kəsin zinası, 6-peyğəmbərlik iddiasında olmaq, 7-Peyğəmbər (s) və məsum imamların (ə) təhqiri, 8-sehrlə məşğul olan müsəlman, 9-fəsadçı və hücum çəkən, 10-mürtəd (dindən çıxan), 11-dövrün ədalətli imamına qarşı qiyam qaldıran, 12-hücum çəkən müşrik.2
Dostları ilə paylaş: |