Nöqtələr
●“Təfəs” sözü çirk, tük, dırnaq, bığ mənalarını bildirir. “Summəl-yəqzu təfəsəhum”, yəni dırnaq və tükdən kəsməklə ehram halından çıxın, sonra Həcc əməllərinin davamı üçün Kəbə evini təvaf edin.
●Qurban bayramı günü Mina torpağında Allah evinin ziyarətçiləri üçün üç əməl vacibdir:
1. Şeytana yeddi daş vurmaq;
2. Ötən ayədə haqqında danışılan qurbanlıq;
3. Hazırkı ayədə qeyd olunduğu kimi başı qırxmaq, saç və ya dırnaqdan qısaltmaq.
●İmam Baqir (ə) buyurur: “Kəbənin nə sakini, nə də sahibi var. Bu ev azad bir evdir.”1
Dostları ilə paylaş: |