Nöqtələr
●“Əffak” dedikdə yalançı mənası anlaşılır.
●218-ci ayədə Peyğəmbərin (s) qiyamı (ayağa qalxması) dedikdə ya namaz üçün, ya da təbliğ üçün qiyam nəzərdə tutulmuşdur. İmam Baqir (ə) buyurur ki, qiyam dedikdə peyğəmbərlik məsələsində qiyam nəzərdə tutulur.
●223-cü ayədə nəzərdə tutula bilər ki, günahkarlara nazil olan şeytanlar şəhablarla (meteorlarla) qovulmalarına baxmayaraq, səmadakı xəbərləri dinləməyə çalışırlar.
●İmam Baqir (ə) buyurur: “Səcdə edənlər arasında hərəkətini görür” deyərkən allahpərəst babalarının sülbündə sənin hərəkətindən Allahın xəbərdar olduğu nəzərdə tutulur.”1
●Müşriklər vəhyə münasibətdə şeytanların həzrətə nazil olduğunu düşündüyündən Allah qətiyyətlə buyurur ki, şeytanlar məsum peyğəmbərə yox, yalançı günahkarlara nazil olur. Demək, iki növ nazil olma var: Vəhyin etibarlı mələk yolu ilə nazil olması, günahkar insanlara şeytanların nazil olması.
Dostları ilə paylaş: |