Nöqtələr
●“Ğəyy” sözündən olan “ğavun” sözü inkişaf sözünün antonimidir.1
●Kafirlər Quranı Peyğəmbər (s) düşüncəsinin məhsulu, Peyğəmbərin (s) özünü şair bildiklərindən hazırkı ayələrdə məhkum olunurlar. Buyrulur ki, şairlərin tərəfdarları azğınlardır, amma İslam Peyğəmbərinin (s) tərəfdarları doğru yoldadırlar. Şairlər məqsədsiz dolanır və öz dediklərinə əməl etmirlər. Amma Peyğəmbər (s) belə deyil. Onun sözü ilə əməli arasındakı uyğunluq şair olmadığını göstərir.
●İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunur ki, fiqhi qeyri-dini məqsədlərlə və ya dərindən öyrənməyənlər həm azğındırlar, həm də başqalarını azdırırlar. Bu məzəmmət dastançılara da aiddir.2
●Məqsədsiz şairin adı şeytanların nazil olduğu yalançılarla yanaşı çəkildiyindən belə nəticə çıxarmaq olar ki, yalançı şeytanla məqsədsiz şair arasında rabitə var.
●Rəvayətlərə əsasən, çox zikr dedikdə Həzrət Zəhranın (ə) təsbihatı, yəni 34 dəfə “Allahu əkbər”, 33 dəfə “əlhəmdulillah” və 33 dəfə “sübhanəllah” demək nəzərdə tutulur.
●Hədisdə deyilir: Allah zikri təkcə dilə aid deyil. Zikr dedikdə günahların tərki və ibadətlə müşayiət olunan zikr nəzərdə tutulur.3
●Hədisdə oxuyuruq: “İmam Hüseynin (ə) mübarək başı nizəyə taxıldığı vaxt bu ayəni tilavət etmişdir. «İmam Sadiq (ə) buyurur: “Zülmün ən aşkar nümunəsi Peyğəmbər (s) Əhli-beytinə (ə) edilən zülümdür.”4
Dostları ilə paylaş: |