Bildirişlər
1. Qəzəb və mərhəmət, qorxu və ümid birlikdə səmərə verir. (Bəyaz əlin kənarında əjdaha!)
2. Bəziləri üçün bir dəlil, bir xəbərdarlıq, bir möcüzə bəs etmir.
3. Kafirlər bir tərəfdən möcüzə istəyir, digər tərəfdən möcüzələri sehr-cadu adlandırırdılar.
Ayə 14:
﴿وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ﴾
“Qəlblərində əmin olsalar da, zülm və lovğalıqdan onu inkar etdilər. Bax gör günahkarın sonu necədir.”
Nöqtələr
●Əbu Ömər Zübeyri küfrün Quranda bəyan olunmuş növləri haqqında İmam Sadiqə (ə) sual verdi. İmam buyurdu: “Küfrün beş növü var; biri budur ki, insan qəlbən inanıb tanıdığı halda yenə inkar edir.” Sonra imam hazırkı ayəni oxudu.”5
Bildirişlər
1. İnkar fəsada zəmin yaradır.
2. Elm və əminlik təqva ilə müşayiət olunmadıqda səmərə vermir.
3. Bir çox kafirlər qəlbən inandığı halda zülm və təkəbbür səbəbindən boyun əymirdi.
4. Tarix və onun mütaliəsini ibrət vasitəsi qərar verin.
5. Günahkarların sonu süqut və fənadır.
Ayə 15:
﴿وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَى كَثِيرٍ مِّنْ عِبَادِهِ الْمُؤْمِنِينَ﴾
“Həqiqətən, Davud və Süleymana (xüsusi bir) bilik əta etdik. Onlar dedilər: «Həmd-səna bizə bir çox mömin bəndələrindən üstünlük vermiş Allaha məxsusdur.»”
Dostları ilə paylaş: |