Nöqtələr
●Bəziləri bildirirlər ki, ayədə haqqında danışılan hud-hud quşu xüsusi bir quşdur. Onun xüsusiliyi insanları və insanların əqidələrini tanımasıdır. Bu barədə növbəti ayələrdə danışacağıq.1
●Əbu Hənifə İmam Sadiqdən (ə) soruşdu: “Nə üçün həzrət Süleyman yalnız hud-hud haqqında soruşdu?” İmam buyurdu: “Çünki biz şəffaf qabda yağı gördüyümüz kimi hud-hud yerin dərinliyində suyu görürdü.”2
●Bəziləri hud-huda vəd olunan cəzaları sadalamışlar: cütündən ayrılıq, qanadlarının yolunması, gün altında saxlamaq, saraydan rədd olunma, düşmənlə bir qəfəsdə yerləşdirilmə.3
Dostları ilə paylaş: |