Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə504/522
tarix10.01.2022
ölçüsü1,19 Mb.
#108477
növüDərs
1   ...   500   501   502   503   504   505   506   507   ...   522

Bir irada cavab


●“Təfsiri-nümunə”də oxuyuruq: “Vəhhabilər “şübhəsiz, dəvətini ölülərin qulağına çatdıra bilməzsən” buyruğunu öz yanlış əqidələri üçün dəlil göstərirlər. Onlar iddia edirlər ki, dünyasını dəyişmiş Peyğəmbər (s) heç bir söz eşitmir və onu ziyarət etməyin, ona müraciətin heç bir mənası yoxdur.

Bu puç iddiaya cavab olaraq deməliyik ki, ayədə ümumi bir təşbeh nəzərdə tutulmuşdur. Məsələn, “Bəqərə” surəsinin 74-cü ayəsində bəzilərinin qəlbi daşa bənzədilir. Bu o demək deyil ki, onların qəlbi istənilən bir halda daşdır. Quran şəhidlərin bərzəx həyatında yaşadığını bildirir. Bu mövzuda yetərincə şiə və sünni rəvayətləri var:

1. Məhəmməd ibn Əbdül-Vəhhab “əl hədiyyətus-sünniyyə” kitabında yazır: “Peyğəmbərin (s) ölümdən sonrakı Bərzəx həyatı şəhidlərin həyatından üstündür. O, salam verənlərin salamını eşidir.”

2. Bir çox şiə və sünni kitablarında bildirilir ki, Peyğəmbər (s) və imamlar onlara uzaqdan və yaxından salam verənlərin salamını eşidir və cavab verir. Hətta insanların əməlləri onlara xəbər verilir.1

3. Biz özümüz şahid olmuşuq ki, peyğəmbər və onun Əhli-beytinə (ə) üz tutan (təvəssül edən) minlərlə insanın istəyi həyata keçib.

4. “Səhih-Buxari”də oxuyuruq: “Həzrət Peyğəmbər (s) Bədr döyüşündə həlak olanlarla danışırdı. Şəhidlərin eşidib-eşitməməsi ilə bağlı Ömərin verdiyi sualı həzrət belə cavablandırdı: “And olsun canım əlində olan Allaha, siz onlardan yaxşı eşitmirsiniz.”2

5. Həzrət Əli (ə) Cəməl döyüşünün sonunda buyurdu: “Səd ibn Surun meyitini oturdun.” Sonra həzrət ona üz tutub buyurdu: “Vay olsun sənə, elm və bilik sənə fayda vermədi, şeytan səni azdırdı və Cəhənnəmə yola saldı.”3


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   500   501   502   503   504   505   506   507   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin