Nöqtələr
●Surənin başlanğıcında Quranın əhəmiyyətindən danışıldı. Onun sonu da Qurani-Kərimdən söz açır. Quran öz tilavəti haqqında buyurur: “Ey peyğəmbər! Biz üç şeyə şahidik: Sənin bütün işlərinə, Quran tilavətinə, xalqla görülən bütün işlərə.”1 Quran tilavətinin Peyğəmbərin (s) və xalqın işi ilə bir cərgədə dayanması onun böyük əhəmiyyətini göstərir.
Bildirişlər
1. Quranı gətirən özü də tilavət əhli olmalıdır.
2. Tövhidin bəyanından sonra həzrət Peyğəmbərin (s) ən mühüm işi xalqa ilahi ayələrin tilavəti idi.
3. Təbliğ mehvəri Quran olmalıdır.
4. Təbliğatçının vəzifəsi həqiqəti çatdırmaqdır. Xalqın qəbul edib-etməməsi onların öz işidir.
5. Quran tilavəti hidayət üçün müqəddimədir.
6. Xalqın iman gətirib-gətirməməsi onların özü üçün xeyirli və ya ziyanlıdır.
7. Yolunu azanlara görə Peyğəmbər məsuliyyət daşımır.
Ayə 93:
﴿وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾
“De ki, həmd-səna Allah üçündür. O tezliklə Öz ayələrini sizə göstərəcək və siz Onu tanıyacaqsınız. Rəbbiniz sizin gördüyünüz işlərdən xəbərsiz deyil.”
Dostları ilə paylaş: |